Ağac aşdı, magistral yol bağlandı - YÜZLƏRLƏ MAŞIN YOLDA QALIB
İsmayıllı rayonunda iri gövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.
Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb. Hazırda yolun açılması üçün tədbirlər görülür.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu