Ağaclar aşdı, maşınların hərəkəti çətinləşdi – MİNGƏÇEVİRDƏ KÜLƏK FƏSADLAR TÖRƏTDİ
Hava şəraitinin dəyişməsi Mingəçevirdə bəzi fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə, yağışla müşayiət olunan qısamüddətli güclü külək nəticəsində şəhərin müxtəlif ünvanlarında, o cümlədən Vaqif və Müslim Maqomayev küçələrində irigövdəli ağaclar kökündən qopub, bəzi ağaclar qırılaraq təhlükəli vəziyyətə düşüb.
Hadisə zamanı aşan ağaclar küçələrdə avtomobillərin hərəkətində müəyyən çətinlik yaratsa da xəsarət alan olmayıb.
Təbiət hadisəsi zamanı şəhərin bir sıra istiqamətləri üzrə elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
Qeyd edək ki, aşan ağaclar aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazidən təmizlənib.
Ehtiram Muradov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi