Ağaclar qırıldı, yaşayış binasının damı uçdu - KÜLƏYİN FƏSADLARI

# 15:35
10 iyun 2022

Zaqatalada güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.

APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarında Zaqatalada baş verən güclü küləkdən sonra Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının və müvafiq idarə, təşkilat nümayəndələri fəsadlar baş verən ərazilərə cəlb edilib. Axşam saatlarında güclü külək nəticəsində yaranan fəsadların aradan qaldırılmasına başlanılıb. Təbii fəlakət zamanı uçmuş 45 mənzilli beşmərtəbəli binanın dam örtüyünün təmirinə başlanılıb.

Binada yaşayan sakinlər deyir ki, son vaxtlar ərazidə ötən günki kimi güclü külək baş verməyib.

Qeyd edək ki, ötən gün baş verən güclü külək zamanı rayonun Aşağı Tala, Muxax və bir sıra ərazilərində irigövdəli ağaclar yıxılıb, elektrik naqilləri qırılıb. Bir-neçə tövlənin çardağını külək aparıb. Müvafiq qurumlar tərəfindən qırılmış ağaclar ərazidən təmizlənib, qırılmış elektrik naqilləri bərpa edilib.

Güclü külək bölgədə Qax rayonun Ləkit kəndində də fəsadlara yol açıb. Belə ki külək nəticəsində kənd sakininin mal tövləsinin çardağı yararsız hala düşüb.

Bu rayonda da dəyən fəsadların aradan qaldırılması üçün işlər aparılır.

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR