Ağacları texnikalarla kökündən ÇIXARTDILAR - APA TV
Ağacları texnikalarla kökündən ÇIXARTDILAR - APA TV Ekologiya və Təbii Sərvətlər Nazirliyi Badamdarda ağacların kökündən çıxarılması məsələsi ilə bağlı məlumat yayıb. APA TV xəbər verir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12 b ünvanında ağacların texnika vasitəsilə kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsindəki ağacların müvafiq rəy olmadan ərazinin hüdudları daxilində digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib. Faktla bağlı əraziyə cavabdeh vətəndaş Zaur Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 5 min manat məbləğində cərimələnib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu