Ağalıda əhalinin məşğulluğu belə təmin olunub

# 16:18
8 sentyabr 2022

İşğaldan azad olunduqdan sonra firavan həyatın canlandığı Zəngilan rayonunun Ağalı kəndinə köç davam edir. APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, artıq 53 ailədə 264 nəfər Ağalı 1, 2 və 3 kəndlərindən olan sakinlər öz “Ağıllı” evlərində yaşayır. Hər cür şəraitlə təmin olunan kənd sakinlərinin çoxu ixtisasına və ya peşəsinə uyğun işlə təmin olunub. İyulun 19-da kəndə dönən Qədir Məmmədov kəndin yaşıllaşdırması ilə məşğuldur. Qədir kişi yaradılan şəraitdən də burdakı dolanışığından da razılıq edir. Kəndi gəzdikcə uşağından böyüyünə hər kəsin üzündə bir sevinc və təbəssüm var. mikrofon uzatdığımız 7-dən 77-yə hər kəs kəndə qayıdışını böyük xoşbəxtlik kimi qiymətləndirir. Qeyd edək ki, son günlər köçürülməsi nəzərdə tutula Ağalı kəndindən olan 25 ailədən 12-si ötən gün öz əzəli və əbədi torpaqlarına köçürülüb. 13 ailənin isə, sentyabrın 10-da köçürülməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR