Ağalıda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib - APA TV
8 Noyabr - Zəfər Günü münasibəti ilə Zəngilanın Ağalı kəndində ağacəkmə aksiyası keçirilib.
APA TV xəbər verir ki, aksiyada Zəngilandan olan ziyalılar, Ağalı kənd tam orta məktəbinin müəllimləri, şagirdlər iştirak edib.
İştirakçıların hər birinin adına meyvə ağacları əkilib. Tədbirdə iştirak edən zəngilanlı ziyalılar Ağalı kəndində qurulmuş infrastrukturla tanış olublar.
Aksiya iştirakçıları Zəngilan Beynəlxalq Hava Limanı, tikilməkdə olan şəhər məscidi və digər obyektləri də ziyarət edəcəklər.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu