Ağcabədi DSK-nın üzvü həbs olunub - APA TV

# 19:06
26 iyul 2022

 

“Bizim üçün əsas məsələ seçki dairələrinin sərhədlərinin müəyyən edilməsidir”. APA TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, bu, ciddi məsələdir: “Burada müəyyən maraqların toqquşması, yeni seçki məntəqələrin yaradılması ilə bağlı problemlər ola bilər. Çünki yeni yaradılan hansısa məntəqəyə görə əhalini həmin seçki məntəqəsində səs verməyə məcbur etmək olmaz. Ona görə hansı yerlərdə problem olması ehtimalı varsa, dairə sərhədlərinin müəyyən edilməsinə oradan başlamaq lazımdır. Optimal yolları seçmək lazımdır ki, dairələrin sərhədlərinə toxunulmasın. Biz çalışırdıq ki, üç adlı seçki dairələri olmasın. Bütün ölkə üzrə seçki dairələrinin sərhədlərinin toxunulmazlığını nəzərə alaraq, maksimum çalışmaq lazımdır ki, seçki dairələrinin adında 2 addan o tərəfə keçməyək”. Məzahir Pənahov sosial şəbəkələrdə baş verən problemin qabardılmasına da münasibət bildirib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasına problemlərlə bağlı əvvəlcədən məlumat verilmir. Daha sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Mərkəzi Seçki Komissiyasında yeni struktur vahidlərinin yaradılmasına ehtiyac var: “30 mindən yuxarı seçki komissiyalarının üzvlərinin və DSK-ların katibliklərində çalışan əməkdaşların idarə olunmasından söhbət gedir. MSK-da bu sahədə struktur vahidinin təsisi məsələsinə baxaq. Çətinliklərin yaranmaması üçün əvvəlcədən hansı addımlar atmalı olduğumuzu müəyyənləşdirməliyik. Hazırda kommunikasiya ilə bağlı da bir struktur vahidinin yaradılmasına ehtiyac var”. Rövzət Qasımov bildirib ki, 2022-ci ilin yanvar ayının əvvəllərindən may ayının sonuna qədər Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilib tərtib olunması prosesini həyata keçirib. Seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər. Respublika üzrə ümumi 6274 seçki məntəqəsi fəaliyyət göstərəcək. Sədr müavini onu da vurğulayıb ki, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiyanın yenidən formalaşdırılması ilə bağlı təklif hazırlanıb. MSK katibi Mikayıl Rəhimov isə bildirib ki, 82 saylı Ağcabədi dairə seçki komissiyanın həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub. Bu gün keçirilən ilk iclasda Aydın Quliyev Dairə Seçki Komissiyası üzvlüyündən də çıxarılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR