Ağcabədi sakini polis tərəfindən saxlanıldı
Ağcabədidə avtomobil təmiri sexlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər məhkum edilmiş Ruslan İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən şöbəyə gətirilib. Üzərində aparılan baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Ruslan İsmayılovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun rayon ərazisində yerləşən avtomobil təmir sexlərindən oğurluq etməkdə şübhəli bilindiyi də müəyyən edilib. Araşdırmalarla onun qaynaq aparatı və avtomobil ehtiyat hissələri oğurlamaqla zərərçəkmişlərə 1500 manat miqdarında ziyan vurduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib