Ağcabədidə artezian quyusu üçün yenə Yaponiya səfirinə müraciət edim? - Aqil Abbas
“Ağcabədidə 115 artezian quyusu batıb, işləmir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti cəmi 11 artezian quyusunun təmirinə pul ayırıb: “Camaat deputatdan da, başçıdan da artezian istəyirlər. Mən başa sala bilmirəm ki, mən artezian quran deyiləm. Necə ola bilir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Əhmədzadənin vaxtında bu işlər vaxtında görülürdü, amma indi görülmür? Bu camaata əkib-bıçməyə su lazımdır. Ölkədə su çatışmazlığı var idi. Qabaq Yaponiya Ağcabədidə bir-iki artezian quyusu vurmuşdu. Biz yenə Yaponiyaya müraciət edək? Gərək Yaponiya səfirinə müraciət edim ki, Ağcabədidə yenə artezian quyusu vursun, bu camaat kənddən köçüb getməsin?! Şəmkirin kəndlərində də belə problemlər var”.
DİGƏR XƏBƏRLƏR
Prezident “SABAH.city” şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etdi
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Düylün kənd tam orta məktəbinin 3 məzunu da bu il imtahanlarda yüksək nəticə göstərib