Ağdam sakininin meyidini çıxarmaq mümkün olmayıb
Minaya düşərək həlak olan Ağdam sakininin meyidini çıxarmaq mümkün olmayıb. Xəbər verdiyimiz kimi rayonun Təzəkənd kənd sakini Zaur Ağayev qoşunların keçmiş qarşıdurma xəttində - işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində minaya düşərək ölüb. Hadisə yerində olan hüquq mühafizə orqanları nümayəndələri və ANAMA əməkdaşları meyidin olduğu ərazidə mürəkkəb mina sahəsinin mövcud olduğunu müəyyənləşdirib.
Yerli sakinlər, mərhumun yaxınları hadisənin təfauratından ətraflı məlumatlı olmadıqlarını deyir.
Havanın qaranlıq və rütubətli olması mütəxəsislərin ərazidə işləməsini əngəlləyib. Zaur Ağayevin meyidinin yalnız işıqlı hava şəraitində götürüləcəyinin mümkün olduğunu bildiriblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu