Ağdama getmək istəyənlərin nəzərinə! - QAYDALAR
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.
APA TV xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb. O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: “Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.
Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi