Ağdamda 3 şəhidin məzarı tapıldı
Ağdam rayonunun Şıxbabalı kəndində üç şəhidimizin məzarı tapılıb.
APA TV “Lent.az”a istinadən xəbər verir ki, bu barədə kənd sakini, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.
O, bildirib ki, kəndin qəbiristanlığı işğal dövründə dağıdılıb:
“Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində, şəkildə göründüyü kimi, belə bir işarələr qoyulub. Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun!
Hər üçü 1992-ci illərdə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbiristanlığında dəfn olunublar”.
Rey Kərimoğlu qeyd edib ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?