Ağdamda güclü külək fəsadlar törədib

# 20:39
31 may 2023

 

Bu barədə APA İnformasiya Agentliyi xəbər yayıb. Yağışla müşahidə olunan külək rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektik naqillərini qırıb. Rayonun Qaradağlı kəndində kökündən qopan ağac avtomobilin üstünə aşıb. Məmmədov Xəqani Rəhbər oğlu özünə məxsus VAZ 2106 markalı avtomobillə hərəkətdə olduğu zaman maşının üstünə aşan ağac nəqliyyat vasitəsini yararsız hala salıb, sürücü xəsarət almayıb. Qasırğa Ağdam rayonunun Əfətli, Qaradağlı və Çəmənli kəndlərində də fəsadlar törədib . Təbiət hadisəsi Çəmənli kənd sakini Quliyev Arzuman Allahverən oglu, Həsənxanlı kənd sakini Hüseyinov Nayiq Rəhim oğlu və Qaradağlı kənd sakini Qasımov Fəqan İsmixan oğlunun fərdi təsərrüfatına ziyan vurub. Rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR