Ağdamda minaya düşən ANAMA əməkdaşı Gəncəyə gətirildi – APA TV

# 03:36
27 dekabr 2023

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 41 yaşlı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib. Ona burada lazımı tibbi yardım göstərilib. İlkin məlumata görə, Zaur Mahmudov piyada əleyhinə minaya düşüb.

ANAMA əməkdaşının sol ayağının daban nahiyyəsində problem olsa da, səhəti normal qiymətləndirilir. Zaur Mahmudovun huşu yerindədir. Artıq hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

Qeyd edək ki, Zaur Mahmudov Qazax rayonundandır və üç ildən artıqdır ANAMA-da çalışır.

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR