Ağdamda reyd keçirildi – PİYADA VƏ SÜRÜCÜLƏR CƏRİMƏLƏNDİ
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları küçə və prospektlərdə dayanma-durma qaydalarına əməl olunmağı ilə bağlı reyd keçirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, reyd zamanı Quzanlı qəsəbəsinin küçə və prospektlərin kənarında dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb.
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Allahverdi Allahverdiyev APA TV-yə açıqlamasında bildirib ki, reyd zamanı, yol hərəkəti qaydalarını pozan 7 nəfər piyada və 15 nəfər sürücüyə cərimə yazılıb.
Bundan başqa, polis əməkdaşları tərəfindən işğaldan azad olunan ərazilərə qanunsuz səfər edən şəxslər də saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib