Ağdamda vəzifəli şəxs minaya düşdü – AYAĞI AMPUTASİYA OLUNDU
Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayon ərazisində minaya düşüb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdamın işğaldan azad olunan Novruzlu kəndində qeydə alınıb.
Ağdam rayon prokurorluğundan verilən məlumata görə, Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşüb.
Onun sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Yaralı Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri