Ağdamın azad olunduğu şanlı gün

# 10:01
20 noyabr 2022

Bu gün Ağdamın Erməni işğalından azad olunmasından 2 il ötür.

 

Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb.

 

Kapitan Əli Camalzadə bildirib ki, torpaqlarımız Ali Baş Komandanın daxili və xarici siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu: “Biz Ağdama bir güllə atmada döyüşsüz  21 noyabr 2020-ci il tarixində 30 illik həsrətdən sonra öz ata-baba torpağımıza qayıtmışıq.”

 

Top komandiri Yasin Aliyevin sözlərinə görə, döyüşdə də top komandiri kimi fəaliyyət göstərmişəm: “Bu gördüyümüz ərazinin relyefini gördükdə onu demək istəyirəm ki, düşmən görün necə bir relyefli ərazidən bizimlə döyüş aparıb. Baxanda görürsən ki, onlar bizim xüsusilə gecə fəaliyyətimizi öz döyüş məntəqələrindən açıq aydın müşahidə ediblər. Bununla belə bizə dəqiq zərbələr endirməkdə çətinlik çəkirdi. Çünki bizim artilleriya hazırlığımız, düşmənə vurduğumuz zərbələr xüsusilə bu ərazilərdə uçuş aparatlarımızın, pilotsuz uçuş aparatlarımızın fəaliyyətləri bizə nəzarətsiz döyüş aparmağa köməklik edirdi.”

 

Ağdamda  bir küçə, bir ev, bir daş belə yoxdur ki, erməni vandalizminə məruz qalmamış olsun.

 

Düşmənin viran qoyduğu, Qafqazın Xirosiması adlandırılan bu şəhər Azərbaycan bu gün igidlərinin nəzarətindədir.

 

Vətən Müharibəsi iştirakçısı İsmayıl  Dağbəyzadə deyir ki, bizə gündəlik zəfər xəbərləri gəldikcə çox ruhlanırdıq: “ Ağdam da azad oldu. Qələbəmizin daimi olması üçün vətənimizin müdafiəsində ayıq-sayıq əzmlə dayanmışıq. Mən fəxr edirəm ki,  xalqımızın 30 ildir həsrətində olduğu  Ağdam uğrunda döyüşüb vuruşmuşam və cənab Ali Baş komandan tərəfindən  Vətən müharibəsi iştirakçısı və Vətən müharibəsi veteranı adlarına layiq görülmüşəm.”

 

Ermənilərin ruhlar şəhərinə çevirdiyi Ağdamda işğaldan azad olunduğu iki il müddətində çox şey dəyişib. Şəhərdə bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. İndi ayıq-sayıq Azərbaycan əsgəri doğma yurdun keşiyindədir.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR