Ağdamın kəndlərində yeni yollar çəkilir

# 17:01
17 may 2022

Ağdamın 3 yaşayış məntəqəsində kəndarası yollar çəkilir.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, rayonun Xındırıstan, Dadaşlı və Birinci Yüzbaşılı kəndlərinin kəndarası yollarına asfalt örtüyü çəkilir. Xındırıstan və Dadaşlı kəndlərində asfaltlama işləri başa çatıb, Birinci Yüzbaşılı kəndində isə bərkitmə işləri başa çatıb, asfalt örtük çəkilir.

Uzun illərdir yayın tozundan, qışın palçığından keçilməz olan kənd yollarına ilk dəfədir ki, asfalt örtük çəkilir. Hazırda yolçəkənlər daxili yolların torpaq yatağını yerin təbii relyef səviyyəsindən qaldırılaraq asfalt örtüyünün sərilməsini davam etdirir. Eyni zamanda yolların genişlənməsi üçün yol kənarlarında ağac budama işləri də aparırlar. Layihənin sonuncu mərhələsində isə zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin quraşdırılması, yol xətlərinin çəkilməsi nəzərdə tutulur. Bu da sözü gedən kəndlərdə uzun illərdir yolsuzluqdan əziyyət çəkən 3 min nəfərdən çox kənd sakinin istər piyada istərsə də avtomobillə hərəkətini asanlaşdıracaq.

 

Qeyd edək ki, yollara asfalt örtüyün çəkilməsi üçün vəsait Nazirlər kabinetinin 22 fevral 2022 – ci il tarixli sərəncamı ilə ayrılıb.

 

Habil Aslanoğlu, Ziya İsmayılov – Ağdam

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR