Ağdaşda avtomobillərin təmiri mərkəzi və 2 avtomobil yanıb
Ağdaş rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə Ağdaş şəhərində Avtomobil Təmiri Mərkəzində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı 4 avtomobil təmiri sexi və oradakı "VAZ 2106" və "Opel Astra" markalı iki minik avtomobili tamamilə yanıb.
Yanğınsöndürənlər 13 təmir sexini alovdan mühafizə ediblər.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu