Ağdaşda əməliyyat: 5 nəfər saxlanıldı

# 12:54
12 oktyabr 2022

Ağdaşda fərdi yaşayış evindən oğurluq edən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər tutularaq istintaqa cəlb edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Şıxlı kəndində yerləşən evlərin birindən ümumi dəyəri 3000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluq etdiyi üçün elektron qolbaqla təchiz olunan Səddam Mahmudov saxlanılıb, onunla əlbir olan digər şəxsin kimliyi müəyyən edilib.  Oğurladığı qızıllar Səddam Mahmudovdan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

 

Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı isə daha 4 nəfər-Namiq Əzizov, Qəzənfər Əhmədov, Tural Muradov və Rahim Musayev saxlanılıb.

 

Onlardan metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Şahnəzər Bəşirov

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR