Ağdaşda karantin qaydalarını pozan obyektlər aşkar edilib
Ağdaş şəhərində yerləşən çay evinin ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin qaydalarına zidd olaraq bazar günü fəaliyyət göstərdiyi aşkar edilib.
APA TV-nin yerli bürosuna verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı karantin qaydalarını pozan icarədar Əlihüseyn Rzayev Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Xüsusi karantin qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərən daha bir obyekt isə rayonun Qoşaqovaq kəndində aşkar edilib. Çayxananı işlədən İlham Vəliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri