Ağdaşda yanğın törədən şəxs saxlanılıb

# 15:16
31 avqust 2022

Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə Ağdaş şəhəri ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, həmin əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Rayon Polis Şöbəsinin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğın söndürülərək ətrafdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

 

Hadisənin başvermə səbəbləri ilə bağlı aparılan araşdırmalar zamanı yanğının naməlum şəxs və yaxud şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin zərərçəkmişin qonşusu Tural Məmmədov olduğu məlum olub. Saxlanılan şəxs Tural Məmmədov ifadəsində əməlini etiraf edib.

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

 

Şahnəzər Bəşirov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR