Ağır qəza: Üç avtomobil toqquşdu
Lökbatanda zəncirvari qəza baş verib.
APA TV-nin xəbərinə görə, hadisə Lökbatan dairəsində qeydə alınıb. Üç avtomobilin toqquşması ilə baş verən qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb. İlkin məlumata görə, qəza zamanı hər üç avtomobilə ciddi ziyan dəyib. Qəzaya “Mercedes” markalı avtomobilin səbəb olduğu ehtimal olunur. Hazırda toqquşmanın baş verdiyi yolda tıxac müşahidə olunur.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu