“Ağlaya-ağlaya çıxdığımız torpağımıza gülə-gülə qayıdırıq”
Avqustun 21-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuliyə növbəti köç karvanı yola salınıb. Füzuli şəhərinin sakinləri torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində ümumilikdə 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin ediləcək. LƏMAN SALEHOVA, ARİF ƏLİYEV APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu