Ağstafa daha bir şəhidi ilə vida mərasimi keçirib
Sentyabr 12-dən-13-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan gizir Seyfəddin Muradov Ağstafada dəfn edilib. APA-TV nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi doğulduğu Böyük Kəsik kəndinə gətrilib.Onunla vida mərsimi yaşadığı evdə baş tutub.Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Seyfəddin Mahmud oğlu Muradov dünyaya göz açdığı Ağstafa rayonunun Böyük Kəəsik kənd qəbiristanlığında torpağa tapşırılıb.Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar.Dəfn mərasimində şəhidin yaxınları, rayon rəhbərliyi, kənd sakinləri, onun müəllimləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.O, şəhidlik zirvəsinə ucalanadək düşmənə layiqli müqavimət göstərib.Üçrəngi Azərbaycan bayrağı şəhid Seyfəddinin atasına təqdim edilib.Qeyd edək ki şəhidimiz ailəli olub, onun azyaşlı bir qızı, bir oğlu var. Şəhid S.Muradov 8 ildir ki Azərbayacan ordusunda gizir kimi işləyirmiş.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)