Ağstafada bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib.
APA TV xəbər verir ki, biri azyaşlı olmaqla, bir ailənin 5 üzvü yaşadıqları evdə dəm qazından zəhərləniblər. Yanacaqla işləyən elektrik paylayıcısından ayrılan dəm qazı kənd sakinləri 54 yaşlı İradə Məmmədovanı,33 yaşlı Rəşad Məmmədovu,37 yaşlı İlhamə Məmmədovanı,32 yaşlı Emil Məmmədovu və 11 yaşlı Rəşad Məmmədovu zəhərləyib. Onlar xəstəxanaya yerləşdirilib.
Həkimlərin təcili təxirəsalınmaz tibbi yardımı nəticəsində ailə üzvlərinin həyatı üçün yaranan təhlükənin qarşısı alınıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik