Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib – APA TV
Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Olay rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21099" markalı minik maşını ağaca, daha sonra qaz borusuna çırpılıb. Qəza nəticəsində avtomobildə olan 20 yaşlı Kamal Mikayılov, 22 yaşlı Niyaməddin Hüseynov və 21 yaşlı Sənan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Goranboy rayon sakini 19 yaşlı Murad Məmmədov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib