Ağsuda qədim qəbiristanlıq yox olmaq təhlükəsi ilə üz-üzədir
Ağsuda yerləşən XVII -XX əsrlərə aid qədim qəbiristanlıq yox olmaq təhlükəsi ilə üz- üzədir.
Olduqca baxımsız olan bu ərazi sözün əsl mənasında zibilliyə çevrilib. Tarixi qəbiristanlıq əsl zibil poliqonunu xatırladır.
Sakinlər bildirir ki, əvvəllər bu əraziyə xüsusi diqqət yetirilsə də indi baxan yoxdur. Bunu tarixə biganəlik kimi qiymətləndirən sakinlər ərazinin heç olmasa hasara alınmasını istəyirlər.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Fariz Xəlillinin sözlərinə görə, hazırda ərazidə olan qədim qəbir sənduqələr yerlərindən tərpədilib. Fariz Xəlilli bildirdi ki, dəfələrlə bu barədə aidiyyəti qurumlara məlumat verilsə də baxan olmayıb.
Bu ərazinin qərib qəbiristanlığı kimi tanınmasının səbəbi kimi qəbiristanlıqda Ağsudan olmayan şəxslərin dəfn edilməsi göstərilir. Tarixin sonrakı səhifələrində qəriblərin qəbiristanlıqda yerli sakinlər də dəfn olunsa da buranın adı qərib qəbiristanlığı olaraq qalıb.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)