Ağsunun bu məktəbində gün çıxmasa idman dərsləri keçirilmir

# 12:23
12 may 2023

Ağsu rayonunun İlxıçı kəndində yerləşən şəhid Müşfiq Musayev adına tam orta məktəbin binası qəzalı vəziyyətdədir.

Məktəbin qapı-pəncərələri sınıq-sökük, tavanı və döşəməsi isə yararsız haldadır. Müəllimlər də, şagirdlər də məktəbin vəziyyəti ilə bağlı ciddi narahatlıq içərisindədir. Şagirdlər bildirir ki, binanın dam örtüyü elə bir vəziyyətdədir ki, yağış və qar yağanda sinif otaqlarında oturmaq olmur. Siniflər köhnə və baxımsızdır, laboratoriya otaqları ümumiyyətlə yoxdur. İdman zalı olmadığından idman dərsləri ancaq və ancaq günəşli hava şəraitində keçilir. Yağmurlu havada dərslər təxirə salınır.

Məsələ ilə bağlı Ağsu rayon Təhsil şöbəsindən bildirilib ki, məktəbin tədris prosesi üçün yararsız vəziyyətdə olması ilə əlaqədar Elm və Təhsil Nazirliyinə məlumat verilib. Yaxın vaxtlarda yeni məktəb binasının inşası nəzərdə tutulur.

1965-ci ildə inşa olunmuş məktəb binası 3 korpusdan ibarətdir. Hazırda qəzalı vəziyyətdə olan təhsil ocağında 167 nəfər şagird təhsil alır.

 

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR