Aİ Belarusu Ukrayna münaqişəsində təcavüzkar adlandırdı
Avropa İttifaqı (Aİ) bəyan edib ki, Belarus Ukraynadakı münaqişə vəziyyətində təcavüzkardır.
APA TV-nin “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Aİ-nin bu gün verdiyi bəyanatda bildirilib.
Bəyanatda deyilir ki, Ukraynada baş verənlər “beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və Avropa və qlobal təhlükəsizlik və sabitliyə xələl gətirir”:
"BMT Baş Assambleyasının ötən həftə qəbul etdiyi qətnamə beynəlxalq ictimaiyyətin Rusiyanın aqressiv müharibəsinə qarşı həmrəy olduğunu göstərdi. Rusiya Belarusdakı Lukaşenko rejiminin həmtəcavüzkar kimi iştirakı ilə birlikdə insan tələfatına, xəsarət almaya və dağıntılara görə tam məsuliyyət daşıyır”
Qeyd edək ki, Belarus hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında bir dənə də olsun belarus əsgəri, hərbi texnika iştirak etmir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi