Aİ-nin monitorinq missiyası Ermənistan-Azərbaycan sərhədində ilk patruluna çıxıb
Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası Azərbaycanla sərhəddə ilk patruluna çıxıb.
APA TV xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin "Twitter" hesabında paylaşım edilib.
Məlumatda qeyd olunub ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası etimad inşası və sərhəd komissiyalarının işinə töhfə vermək məqsədilə qarşıdakı iki ay ərzində Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində monitorinq aparacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu