Ailə başçısını itirməyə görə pensiya və müavinətin fərqi nədir?

# 11:05
27 iyul 2023

İnsanın hüquqları qoruyucu təbəqə kimidir. Bu hüquqlar vətəndaşı mühafizə edir, müəyyən addımların atılmasında yardımçı olur. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqları vardır. Hər bir şəxin öz hüquqlarını bilməsi isə vacibdir. Lakin çox adama məlum olmayan nüanslar mövcudur. Onlardan biri də ailə başçısını itirməyə görə pensiyanın verilməsi ilə bağlıdır. Hüquqşünas Cəlal Abdullayev məsələ ilə bağlı Apa tv-ə danışıb. Pensiya və müavinətin fərqlərindən danışan hüquqşünas həmçinin bildirib ki, vətəndaşlar sözügedən pensiyanı almaq üçün ilk növbədə DOST agentliyinə müraciət edə bilərlər. Cəlal Abdullayev onu da qeyd edib ki, Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin olunur. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR