Aksiya keçirilən ərazidəki sülhməramlılar mövqelərini dəyişir
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilən əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının dünəndən mövqelərində müəyyən dəyişikliklər etdiyi müşahidə olunur.
Bu barədə APA xəbər yayıb. Bildirilir ki, aksiya iştirakçıları bu vəziyyətdən istifadə etmək, irəli getmək fikrində deyillər.
Onlar aksiyanın dinc xarakterli olduğunu bildirirlər.
Qeyd edilir ki, aksiyanın əsas məqsədi, Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır.
Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu