Aksiyaçılar İrəvana gedənlərə belə yol verdi: Burada blokada hanı?
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabında bununla bağlı video paylaşıb.
“Videodan göründüyü kimi eko-fəallar kənara çəkilir və İrəvana gedən BQXK-nın təcili tibbi yardım maşınlarının növbəti konveyi Şuşa-Xankəndi yolunun kəsişməsindən keçir. Körpə oğlan öz valideynləri ilə İrəvana aparılır. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. “Blokada” təbliğatını dayandırın!”, - deyə Hikmət Hacıyev paylaşımında qeyd edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi