Alban-Udi Xristian icmasının Laçına səfəri təşkil olunub
Alban-Udi Xristian dini icması üzvlərinin 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə işğaldan azad olunan Laçın rayonuna səfəri təşkil olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd Laçın ərazisində yerləşən qədim alban məbədi olan "Ağoğlan" monastırını ziyarət etmək, Milli Qurtuluş Gününü orada qeyd etmək olub.
Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının üzvləri monastrda dini ayinlər icra edib, dualar oxuyublar.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı