Aldığımız məhsul keyfiyyətlidir ya yox? - NECƏ ÖYRƏNƏK
“Bu qanun AQTA-ya yeni səlahiyyətlər vermir, hazırda həyata keçirdiyimiz səlahiyyətləri beynəlxalq standartlara uyğunlaşdırır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, qida təhlükəsizliyinə nəzarətə son məhsulun keyfiyyətinə nəzarət kimi baxılır: “Amma qanun qəbul olunandan sonra məhsul istehsalının bütün mərhələlərində nəzarət həyata keçiriləcək. Qanunda ən əsas məqam yem təhlükəsizliyi məsələsidir. Bundan öncə qida məhsulları üzərində dövlət nəzarəti və sonra yem üzərində nəzarət və qeydiyyat məsələlərinə baxılırdı. Amma artıq qanun heyvan yemində olan məhsullara da bütövlükdə nəzarəti həyata keçirmək imkanı verəcək. Eyni zamanda qida məhsullarının izlənməsi ilə bağlı məsələ də var. Bu məsələdə çox ciddi nəticə əldə edəcəyik. Artıq hər hansı qidanın təhlükəsizliyində hər hansı problem baş verərsə, izləmə prosesi nəticəsində problemin ilk mənbəyinə çıxa biləcəyik”.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)