Ali Məclis sədrinin birinci müavini sərəncam imzaladı

# 11:36
11 yanvar 2023

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib.

 

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

 

Qeyd edək ki, 2022-ci il noyabrın 26-da Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Yaqub oğlu Rüstəmov da vəzifəsindən azad edilib.

 

Bununla bağlı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR