Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

# 18:55
23 avqust 2021

“Avqustun 30-da ixtisas seçimi başa çatacaq, 3-4 gün ərzində yoxlamalar bitəndən sonra ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunacaq”.

 

APA TV-nin məlumatına görə, bunu DÖVLƏT İMTAHAN MƏRKƏZİNİN DİREKTORLAR ŞURASININ SƏDRİ Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq: Onun sözlərinə görə, bu, sentyabrın 5-6-sı olacaq”.

 

M. Abbaszadə qeyd edib ki, hər kəs öz övladının istəyinə hörmətlə yanaşsın: “Gələcəkdə o istəmədiyi peşədə çalışaraq ömür boyu bunun altını çəkəcək”.

 

M. Abbaszadə bildirib ki, abituriyentlər ixtisas seçiminə başlamamış 4 nömrəli jurnaldan müvafiq qrupa aid olan ixtisasları seçib siyahı tutmalıdır:

 

“Ola bilər bu siyahı 15 ixtisasdan daha çox və ya az olsun. Amma bu siyahını əvvəldən tutub bunun üzərində fikirləşin. Düşünün ki, hansı şəhərdə ali təhsil almaq istəyirsiniz. Təhsili ödənişli, ya ödənişsiz şəkildə almaq imkanınız olduğunu düşünün”.

 

M. Abbaszadə qeyd edib ki, ötən il keçid balları 400 baldan yuxarı formalaşmışdırsa, bu il keçid balı artacaq:

 

 “150 baldan yuxarı nəticə göstərənlər keçən il 17964 nəfər idisə, bu il 16567 nəfərdir. Burada azalma var. Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. III qrupda müsabiqə balları daha yüksək olacaq. Ola bilər ki, bəzi ixtisaslarda müsabiqə vəziyyəti ötənilki səviyyədə qalsın”.

 

Qeyd edək ki, III qrupda bu il 600 baldan yuxarı nəticə göstərən 617 nəfərdir. Keçən il isə bu, 555 nəfər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR