Alpakanla bağlı nazirlikdən məcburi göstəriş verildi
“Zoobulvar” əyləncə mərkəzində alpaqanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb".
Xidmətin rəsmisi Vaqif Cavadov APA TV-yə bildirib ki, sözügedən mərkəzə keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub: “Alpaqanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə pis şəraitdə saxlandığı deyilən alpaqa ilə bağlı foto yayılmışdı. Heyvana kifayət qədər yaxşı qulluq edilmədiyi, istismar olunduğu bildirilmişdi.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq