Altı ay komada qalan Vətən Müharibəsi qazisi şəhid olub
Altı aydır, komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhid olub.
APA TV-nin məlumatına görə, həyat yoldaşı Aydan Əbilova bildirib ki, Nurlan Əbilov bu gün səhər saatlarında vəfat edib.
O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.
Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib