Amerika Azərbaycan Mədəniyyət Fondunun nümayəndə heyəti Şuşaya səfər edib

# 17:17
20 aprel 2023

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerin rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

Nümayəndə heyəti bu gün Şuşa şəhərinə səfər edib. Qonaqlar Şuşanın tarixi yerlərində olub, onlara şəhərin tarixi, işğal dövrü barədə məlumat verilib.

Şuşada səfərdə olan ABŞ-da fəaliyyət göstərən “La Gondola” restoranının sahibi, sənədli film kinorejissoru, yazar Nir Vaynblut deyib ki, ermənilərin Şuşadakı tarixi tikililərdə səbəb olduqları dağıntılar çox ağrılıdır.

Qeyd edək ki, nümayəndə heyəti dünən Cəbrayıl rayonunda olub, Xudafərin körpüsünü ziyarət edib.

Səfər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR