Ana 1 yaşlı oğlunu öldürmək istədi
Ucarda ana doğma uşağını öldürmək istəyib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Rəstəcə kənd sakini Fuad İldırım oğlu Hüseynov ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, həyat yoldaşı Cəlalə İsmayılovanın 7 aylıq doğma oğlunu öldürmək istədiyini bildirib. Ata iddia edib ki, həyat yoldaşı özünün istifadə etdiyi dərmanı uşağa verərək onu zəhərləmək istəyib. Kənddə çəkiliş apardığımız vaxt məlum oldu ki, cütlük təxminən 1 il əvvəl evlənib və bu evlilikdən Uğur adlı oğlan uşağı dünyaya gəlib. Ailədə heç vaxt münaqişə olmayıb. Yaxınları Cəlalə İsmayılovanın öz doğma oğlunun dodaqlarına dərman sürtərək onu zəhərləmək istəməsinə səbəb kimi qadının psixoloji probleminin olmasını göstərirlər. Qeyd edək ki, rayon polis şöbəsi faktı təsdiqləyib. Fuad Hüseynov adlı şəxsin müraciəti aidiyyəti üzrə araşdırılması üçün rayon prokurorluğuna göndərilib.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)