Ana doğuşdan sonra öldü
Gəncədə ana doğuşdan sonra ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.
Şəmkir rayon sakini 37 yaşlı Könül Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə gətirilib. Ana qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib. 37 yaşlı qadına göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib. Körpənin vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, bu qadının ikinci doğuşu olub. 10 il əvvəl ananın ilk doğuşu da qeysəriyyə əməliyyatı ilə sonlandırılıb.
Ölümün başvermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu