ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü, ayağı amputasiya olundu
Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri, 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.
Agentlikdən APA TV-yə verilən məlumata görə, hadisə yanvarın 29-u saat 11 radələrində baş verib.
E. Mirzəyev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Vəziyyəti stabil ağırdır.
Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və çox saylı qəlpə yarası alıb.
Qeyd edək ki, faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb.
Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU