Anar Kərimov koronavirusa yoluxdu - VƏZİYYƏTİ STABİLDİR
Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.
Bu barədə APA TV-yə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ondan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.
Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.
Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib