Bank Of Baku

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin olundu

# 17:39
20 iyul 2020

 

Anar Qabil oğlu Kərimov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

 

APA TV-nin məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

 

Eyni zamanda Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR