Anasının başını kəsən oğuldan YENİ XƏBƏR
Bakıda qətl törətməkdə təqsirli bilinən Samir Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında paytaxtın Nəsimi rayonunda baş verib. Belə ki, 32 yaşlı Samir Cəfərov səhər valideyni ilə yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.
Oğlanın hansı səbəbdən qətl törətdiyi hələlik məlum deyil.
Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı