Ankarada raket zavodunda partlayış, ölənlər var

# 13:51
10 iyun 2023

 

Türkiyənin paytaxtı Ankarada Elmadağ rayonunda MKE (Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi) raket və partlayıcı maddələr zavodunda partlayış və yanğın baş verib. Partlayış nəticəsində zavodun 5 əməkdaşı həlak olub.Hadisənin saat 08.40 radələrində dinamit sexində baş verdiyi, sexdə böyük dağıntıların olduğu bildirilir. Zavoda yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Hazırda yanğın söndürülüb. Zavodda böhran masası yaradılıb. Türkiyə Milli Müdafiə Nazirliyi hadisə nəticəsində 5 işçinin həlak olduğunu təsdiqləyib. Partlayışla bağlı istintaqın başladıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR