APA TV atıcılıq turnirində birinci yeri qazandı

# 18:04
6 may 2023

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mayın 6-da kütləvi informasiya vasitələrinin nümayəndələri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş VIII atıcılıq turniri keçirib.

APA xəbər verir ki, iki mərhələdən ibarət yarışda 20 komanda iştirak edib. APA TV-nin Bəxtiyar Əlirzayev, Emil Abdullayev və Ziya Allahyarovdan ibarət komandası rəqiblərindən daha sərrast olaraq, turnirin qalibi adını qazanıb.

Qaliblər kubok, fəxri diplomlar və hədiyyələrlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR