APA TV ölü şəhərdən qalan qəbiristanlıqda

# 15:11
22 iyun 2022

Aran bölgəsində Nekropol tarixi abidə kimi bu günə kimi qorunub saxlanılır.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ucar rayonunun Bərgüşad kəndi ərazisində, köhnə qəbiristanlıqda yerləşən 16-cı əsrə aid olan 7 ədəd qəbir arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb. Bu qəbiristanlıqdakı məzar daşları öz görünüşü, naxışları ilə diqqət çəkir.

 

Kənd sakinlərini deyir ki, bu qədim qəbiristanlıqdakı qeyri-adi baş daşları onlar üçün çox maraqlıdır. Ancaq bu baş daşlarının tarixi barədə heç bir məlumatları yoxdur.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional idarəsinin Ucar rayonu üzrə nümayəndəsi Fatimə Əliyeva isə deyir ki, nəinki rayon ərazisində ümumiyyətlə Aran bölgəsində bu tip qəbirlər təkcə bu rayonun Bərgüşad kəndi ərazisindədir.

 

Tarixçilər qeyd edir ki, Bərgüşad kəndi yaxınlığında m.ə. II əsrə aid Qaratəpə, Qıztəpə, Adsıztəpə yaşayış yeri var. Küp qəbirlər küpün böyüklüyünə, ölünün arxası üstdə qoyulmasına, istiqamətinə görə Azərbaycan ərazisindəki digər küp qəbirlərdən fərqlənir.

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR